Xəbərlər

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 dekabr 2025 - 17:09 222

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilmişdir.

 

Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcəkdir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

 

1. 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Təşkilat Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikasının gənclər və idman naziri

 

Təşkilat Komitəsinin üzvləri:

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı

 

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı. 

 

2. 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının

 

2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilsin. 

 

3. Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin. 

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,15 dekabr 2025-ci il.