Xəbərlər

“Zəfər Gününə” həsr olunmuş “KIDS ATHLETICS” – Uşaq Atletikası yarışı

04 noyabr 2021 799

Dünya Atletikasının AOD proqramının və Milli Olimpiya Komitəsinin dəstəyi, Azərbaycan Atletika Federasiyası və Rekord İdman Klubunun birgə təşkilatçılığı ilə “Zəfər Gününə” həsr olunan “Kids  Athletics”  -Uşaq Atletikası yarışları təşkil edilib. 
Açılış mərasimində çıxış edən  MOK-un vitse-prezidenti və Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bu gün Uşaq Atletikası yarışlarına qatılan uşaqlar arasından gələcəyin uğurlu idmançılarının olduğuna inandığını bildirib.  “Gəlcəkdə sizi Olimpiya Oyunlarının mükafatçısı kimi qarşıalayacağımıza inanıram. Bu gün isə Sizin aranızdan güclülərin qalib gəlməsini arzulayıram.  Bu Vətən müharibəsində güclünün qalib gəldiyi kimi sizin yarışda da güclü qalib gəlsin.” deyə Çingiz Hüseynzadə fikrini tamamlayıb.  
Beynəlxalq  Atletika Federasiyaları Asossasiyası (İAAF indiki,  World Athletics)  Atletika idman növündə kütləviliyi artırmaq üçün , 2003 –cü ildə İAAF –ın Konqresində uşaq atletikasının inkişafına dair rəngarəng  “Kids Athletics” adlı layihə təqdim etdi və 2005 –ci ildən bu layihənin icrasına başlanıldı. 
“Kids  Athletics” əsasən 6-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu layihədə əsas məqsəd uşaqlar idmanla məşğul olmalı , əylənməli , idmandan bezməməli və eyni zamanda inkişaf etməlidirlər.  Buna görədə     “Kids Athletics” layihəsi əsasən mütəhərrik oyunlar və komanda yarışları əsasında tərtib olunub və əsas fiziki xüsusiyyətlət olan qaçmaq, tullanmaq və atmaq bacarıqlarını özündə birləşdirir. Hazırda dünyanın 170 ölkəsində tətbiq olunur və 5 milyondan çox insanı əhatə edir. 
2012-ci ildən etibarən Azərbaycanda “Kids Athletics” layihəsi tətbiq edilir və bu keçirdiyimiz yarış sayca 20-cidir. İndiyə kimi 1000-dən artıq uşaq bu layihənin iştirakçısı olub. 
“Zəfər Gününə” həsr edilmiş “Kids Athletics” yarışında 6 komanda iştirak edib. Yarışa Nizami rayon 251 nömrəli orta məktəb, Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyasının, 1 nömrəli İOEUGİM-in idmançıları, Rekord İdman Klubunun idmançıları və Binəqədi rayon 3 nömrəli tam orta məktəbin şagirdləri qatılıblar.  
Yekunda 1 Nömrəli İOEUGİM -in komandası 1-ci, Binəqədi rayon 3 saylı tam orta məktəbin komandası 2-ci, Rekord İdman Klubunun komandası 3-cü yeri tutub.