Qaşım Maqomedov: "Parisdəki mükafatlandırma mərasimində keçirdiyim hissləri bu gün yenidən yaşadım"
09 aprel 2026 - 15:00 39
"Sevindirici haldır ki, mənim Paris Yay Olimpiya Oyunlarında qazandığım medalın yenilənmiş variantı mənə çatdırıldı".
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov bildirib.
O, Paris-2024-də əldə etdiyi gümüş medalın karyerasındakı ən yüksək zirvələrdən biri olduğunu deyib.
"Bilirsiniz ki, hər bir idmançı Olimpiya Oyunlarında medal qazanmaq arzusundadır. Mən də bu arzuma çatmışam. Qızıl medalın bir addımlığında təşəbbüs əldən vermişdim. Amma finala qədər mübarizə aparmaq heç də asan məsələ deyil. Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir. Mükafatımın bərbad vəziyyətə düşməsi məni narahat edirdi. Lakin inanırdım ki, medalımın yenilənməsi mümkün olacaq. Budur, həmin gümüş medalın yeni variantı mənim boynumdadır. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mənə bu medalı təqdim edəndə, bir anlıq Parisə qayıtdım. Parisdəki mükafatlandırma mərasimində keçirdiyim hissləri bu gün yenidən yaşadım. Bu hələ son deyil qarşıda daha nüfuzlu yarışların həyəcanı var. Təxminən bir aydan sonra Avropa çempionatı keçiriləcək. Həmin yarışda uğur qazanmağa çalışacağam. Fürsətdən istifadə edib media nümayəndələrinə də təşəkkür edirəm, çünki məhz onların sayəsində biz idmançıların uğur və problemləri diqqət mərkəzində olur. Biz idmançılar bu sahədə sizə güvənirik", - deyə Qaşım Maqomedov bildirib.
Bənzər xəbərlər
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib
Aprelin 9-da Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin ... Ətraflı
Həsrət Cəfərov: "Milli Olimpiya Komitəsi medalımın yenilənməsi ilə bağlı müraciətimə məsuliyyətlə yanaşdı"
“Olimpiya Oyunları idmanın zirvəsidir və hər bir idmançının ən böyük ... Ətraflı