Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir
02 noyabr 2023 806
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN )və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərir.
Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edəcək yarışlar, həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı