Zaqrebdə keçiriləcək Qran-Pri turnirində iştirak edəcək cüdo millimizin heyəti açıqlanıb
10 avqust 2023 1543
Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pri turnirində iştirak edəcək heyəti açıqlanıb.
Avropa Cüdo Birliyinin rəsmi saytına istinadən məlumatına görə, yığma yarışa 9 idmançı ilə yollanacaq.
Kişilərdə Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, avqustun 18-20-si aralığında keçiriləcək Qran-Priyə 88 ölkənin cüdoçuları qatılacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı