Çingiz Hüseynzadə: "Möhtəşəm Azərbaycan çempionatına şahidlik etdik"
18 aprel 2026 - 21:07 239
Kişi voleybolçuları arasında Azərbaycan Yüksək Liqasında mövsüm möhtəşəm keçib.
Bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə final oyunundan sonra açıqlama verib.
O, qızıl medal uğrunda qarşılaşmanın maraqlı alındığını söyləyib:
"Azərbaycan voleybolu üçün böyük bayramdır. Möhtəşəm çempionata şahidlik etdik. Final matçında iki yeni qurulmuş kollektiv mübarizə apardı. Gözəl oyun izlədik. Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Belə yarış təşkil etdikləri üçün onlara minnətdaram. Finalda oynayan kollektivlər avrokuboklara vəsiqə qazanıblar. Onlara beynəlxalq arenada uğurlar arzulayıram".
Xatırladaq ki, final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı