Yeniyetmə və gənc voleybolçuların seçimi başlayır
11 yanvar 2026 - 15:13 438
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların seçiminə yenidən start verir.
AVF-dən verilən məlumata görə, bu məqsədlə Bakı və bölgələrdə fəaliyyət göstərən Regional Voleybol Klublarında "Seçim günü" keçiriləcək.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən aparılacaq seçimlərdə fərqlənən voleybolçular yeniyetmə və gənc milli komandalara cəlb olunacaqlar. Seçimlər 2012 və 2013-cü il təvəllüdlü qızlar arasında olacaq.
Seçimlər yanvarda aşağıdakı Regional Voleybol Klublarında təşkil olunacaq:
•13 yanvar, Bakı RVK (Bakı şəhəri) – saat 15:00
•17 yanvar, Şərqi Zəngəzur RVK (Sumqayıt şəhəri) – saat 12:00
•17 yanvar, Sumqayıt RVK (Sumqayıt şəhəri) – saat 14:00
•24 yanvar, Gəncə RVK (Gəncə şəhəri) – saat 14:00
•25 yanvar, Tovuz RVK (Tovuz rayonu) – saat 14:00
•31 yanvar, Oğuz RVK (Şəki şəhəri) – saat 14:00
Qeyd edək ki, daha sonra Naxçıvan şəhərində də seçimlər təşkil olunacaq.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı