Yeniyetmə cüdoçuların Azərbaycan birinciliyinə start verildi
24 yanvar 2023 94

24 yanvar 2023-ci ildə Bakıda cüdo idman növü üzrə U-18 qız və oğlan yeniyetmələr arasında Azərbaycan birinciliyinin ilk yarış günü başladı.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarış Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən olan 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatdan 618 (504 oğlan, 114 qız) idmançı mübarizə aparacaq.
Turnirin fərdi yarışları 24-26 yanvarda, komanda yarışları isə 27 yanvarda baş tutacaq.
Üç gün davam edəcək yarışda 2006-2008-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında -36 kq., -40 kq., -44 kq., -48 kq., -52 kq., -57 kq., -63 kq., -70 kq., və +70 kq. çəkilərdə, oğlanlar arasında isə -46 kq., -50 kq., -55 kq., -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., və +90 kq. çəkilərdə cüdoçular güclərini sınayacaqlar.
Qeyd edək ki, yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.
Bənzər xəbərlər

Bakı məktəblilərinin Özbəkistan səfəri bitib
Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi ilə birgə ... Ətraflı

Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Martın 28-də Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin ... Ətraflı