Yekaterinburqda Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib
31 avqust 2023 803
Avqustun 31-də Rusiyanın Yekaterinburq şəhərində Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi keçirilib.
Mərasim Yekaterinburqun Beynəlxalq Sərgi Mərkəzində təşkil olunub.
İlk olaraq festivalda iştirak edən ölkələrin bayraqlarının paradı gerçəkləşib, çıxışlar olub.
Sonra Rusiya Federasiyasının Dövlət Himni səsləndirilib.
Beynəlxalq Universitet İdman Festivalının bağlanış mərasimi musiqili şou proqram və müxtəlif səhnəciklərlə başa çatıb.
Qeyd edək ki, Festival Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri ümumilikdə 14 idman növündə qüvvələrini sınayıblar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla, 69 idmançı təmsil edib. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışıblar.
İdmançılarımız, ümumilikdə 28 medal əldə ediblər. Bunların dördü qızıl, səkkizi gümüş, on altısı bürüncdür. Yarışda Azərbaycan medalların sayına görə altıncı yeri tutub.
Ev sahibi Rusiya birinci, Çin ikinci, Braziliya isə üçüncü pillənin sahibi olub.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı