Azərbaycanı Avropa Kubokunda 6 cüdoçu təmsil edəcək
25 fevral 2026 - 15:11 159
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmizi 3 çəki dərəcəsində 6 cüdoçu təmsil edəcək.
Avropa Kubokunda Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə (hamısı 52 kiloqram), Vüsalə Hacıyeva (57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) qüvvəsini sınayacaq.
Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, turnirdə 23 ölkədən 532 idmançı mübarizə aparacaq.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı