XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13 avqust 2015 460
Azərbaycan Respublikasında Olimpiya Hərəkatının hazırkı inkişaf səviyyəsi ölkənin idman sahəsində əldə etdiyi nailiyyətlərdə öz parlaq əksini tapmışdır. Müxtəlif mötəbər yarışlarda, o cümlədən Bakı şəhərində böyük müvəffəqiyyətlə başa çatmış 1-ci Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. Son Yay Olimpiya Oyunlarında on medala layiq görülməyimiz olimpiya idman növlərində yüksək potensiala malik olduğumuzu göstərir.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərindəki növbəti XXXI Yay Olimpiya Oyunlarına hazırlıq Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və müvafiq idman federasiyaları tərəfindən milli komandaların formalaşdırılması istiqamətində mərhələli şəkildə həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın milli olimpiya komandasının XXXI Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanmasının lazımi səviyyədə təmin olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən milli yığma komandaların XXXI Yay Olimpiya Oyunlarına hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsi, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakı, ölkədə lisenziya yarışlarının təşkili, Azərbaycan nümayəndə heyətinin Olimpiya Oyunlarında iştirakı və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı zəruri maliyyə vəsaitinin ayrılmasını təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust 2015-ci il.
Mənbə: President.az
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı