Xizək alpinizmi üzrə millimiz Dünya Kubokunda iştirak edib
27 yanvar 2025 970
Azərbaycanın xizək alpinizmi üzrə millisi İtaliyanın Forni di Sopra şəhərində yeniyetmələr arasında keçirilən Dünya Kubokunda iştirak edib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmiz Nəbiyulla Qələbəqiyev və Ramin Beybutovla təmsil olunub.
Yarışın sprint növündə 15 ölkədən olan iştirakçı arasında Nəbiyulla Qələbəqiyev 7-ci, Ramin Beybutov isə 8-ci yerə çıxıb.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı