“Xəzər dalğası” dənizdə üzmə yarışı keçiriləcək
17 iyun 2022 1594
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi iyunun 26-da dənizdə (açıq suda) üzmə yarışı keçirəcək.
Qeyd edək ki, açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil edilir.
Nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı Pirallahı qəsəbəsi, Nərəkənd parkında, peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.
Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.
Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək və 25 manat iştirak haqqı ödəmək tələb olunur. Həmçinin xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.
Yerlər məhduddur və buna görə də iştirakçı sayı nəzərdə tutulmuş say həddinə çatdıqda qeydiyyat dayandırılacaq.
Yarışa qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır:
https://swimming.smartscoring.com/
Ətraflı məlumat üçün: (050) 359-19-96
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı