“Vüqar Həşimov” Avropa Kubokunda mübarizə aparacaq
01 oktyabr 2023 1396
Bu gün Albaniyanın Durras şəhərində şahmat üzrə klublar üzrə Avropa Kubokuna start verilir. Ölkəmizi yarışda “Vüqar Həşimov” komandası təmsil edir.
“Vüqar Həşimov” komandasında üçqat Avropa çempionu Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, 20 yaşlılar arasında dünya çempionu Abdulla Qədimbəyli, Read Səmədov və Ülvi Sadıxov çıxış edəcək.
Komandaya Vüqar Həşimovun qardaşı Sərxan Həşimov rəhbərlik edir.
Bu gün Avropa Kubokunun ilk turunda “Vüqar Həşimov” komandası Böyük Britaniya təmsilçisi “Seltik Taygers”lə qarşılaşacaq.
Qeyd edək ki, kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən iştirakçılar 7 turda çıxış edəcək.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı