Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində final mərhələsi start götürüb. Bu gün Voleybol Mərkəzində Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib
12 aprel 2023 368
Günün birinci matçı çempionluq üçün yarışan "Azərreyl" və "Abşeron" klubları arasında olub. Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə "Azərreyl" 26:24 hesabı ilə üstün olub. "Abşeron" klubu ikinci hissədə çox çalışsa da set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb - 25:22. Növbəti hissədə tam təşəbbüsə yiyələnən "Azərreyl" 25:13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı "Azərreyl" 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.
Sonra meydana üçüncülük üçün mübarizə aparan "Murov" və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla öz xeyrlərinə başa vurublar. Bununla da "Murov" bürünc medal uğrunda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparırlar.
Yüksək Liqa
12 aprel
Final (1-ci oyun)
"Azərreyl" - "Abşeron" 3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda (1-ci oyun)
"Murov" - UNEC 3:0 (25:14, 25:12, 25:16)
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı