V İslam Həmrəyliyi Oyunları təxirə salınıb
16 aprel 2021 2245
2021-ci ilin sentyabrında Türkiyənin Konya şəhərində baş tutmalı olan İslam Həmrəyliyi Oyunları bir il sonraya təxirə salınıb. İslam Həmrəyliyi İdman Federasiyasının (IHIF) rəhbəri şahzadə Əbdüləziz bin Turki əl-Faysal Əl Səudun İdarə Heyətinin üzvləri ilə keçirdiyi videogörüşdə Türkiyənin gənclər və idman naziri Mehmet Muherrem Kasapoğlu çıxışında bildirib ki, beşinci İslam Həmrəyliyi Oyunlarının hazırlığının tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğundur.
IHIF-nin İdarə Heyətinin üzvləri çıxış edərək bildiriblər ki, idmançıların və iştirakçı ölkələrin nümayəndə heyətlərinin səhhətlərinin təhlükəsizliyi çox vacibdir. Pandemiyanın inkişaf dinamıkasının əvvəlcədən proqnozlaşdırılmadığı və sentyabra çox az vaxt qaldığı vurğulanıb. Bundan başqa pandemiya ilə əlaqədar idmançıların müxtəlif yarışlarda iştirakının azaldığı, bunun isə idmançıların fiziki hazırlığına təsir etdiyi də təəssüflə qeyd olunub. Pandemiya şəraiti ilə əlaqədar bütün üzv ölkələrin yarışa qatıla bilməməsi də beşinci İslam Həmrəyliyi Oyunlarının təxirə salınması üçün göstərilən səbəblərdən biri olub.
MOK–un vitse-prezidenti Çingiz Hüseynzadənin də qatıldığı videogörüşdə səsvermə keçirilib. 2021-ci İslam Həmrəyliyi Oyunlarının hazırlığının tam aparılması üçün yarışın bir il sonra keçirilməsi qərara alınıb. İlkin olaraq yarışın avqustda keçirilməsi qərara alınsa da, dəqiq tarix gələn ilin idman təqviminə əsasən müəyyənləşəcək.
IHIF-nin rəhbəri şahzadə Əbdüləziz bin Turki əl-Faysal Əl Səud görüş iştirakçılarına 2025-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək ölkənin seçilməsi məsələsinin də gündəlikdə olduğunu bildirib. Səsvermə nəticəsində 2025-ci ildə Kamerunun İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi qərara alınıb.
İlk dəfə İslam Həmrəylik Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı