Uşuçularımız İslamiadanı bir bürünc medalla başa vurdular
16 noyabr 2025 - 20:22 584
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən uşu sanda üzrə yarışlar Azərbaycan idmançıları üçün başa çatıb.
Olympic.az xəbər verir, uşu sanda yarışlarının son günündə komandamızın üzvü Elçin Eminov mükafatçılar sırasında yer alıb.
60 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bürünc medala sahib çıxıb. O, finala vəsiqə uğrunda görüşdə misirli rəqibi Yusif Xalid Basyonı Məhəmməd Hamoda məğlub olub.
Beləliklə, uşuçularımız VI İslam Həmrəyliyi Oyunlarını bir bürünc medalla başa vurublar.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı




