Xəbərlər

Uşaq, yeniyetmə və gənclər mötəbər Karate1 liqası turnirində

22 fevral 2023 300

 23-26 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turniri keçiriləcək. Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparacaq.

 

     67 ölkədən 1169 idmançının iştirak etdiyi turnirində klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət çıxış edəcək. Karateçilərimizi milli komandanın məşqçilərindən Şahin Xudaverdiyev, Seymur Xudaverdiyev və Akif Kərimov müşayiət edəcək. 

 

     Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev mötəbər yarışın hakimləri arasında olacaq.