Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan stolüstü tennis yarışı keçirilib
07 may 2022 1439
Şabran şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının və Şabran rayonu Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış iştirakçıları Ulu öndərin Şabran şəhərindəki abidəsini ziyarət edib, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ardınca start verilən açıq rayon birinciliyində 5 şəhərin 100-dən çox idmançısı bacarığını göstərib.
Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Şabran-1 komandası 1-ci, Bakı kollektivi ikinci, Şabran-2 komandası 3-cü yeri tutub.
Fərqlənən komandalar kubok və diplomlarla mükafatlandırılıb.
Turnirin yüksək səviyyədə təşkilinə görə Şabran Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Zeynal Zeynalova ASTF-nin xüsusi diplomu təqdim olunub.
ASTF-nin baş katibi Könül Mikayılova isə, stolüstü tennisin təbliğindəki səmərəli fəaliyyətinə görə Şabran rayon UGİŞM-in Fəxri Fərmanı ilə təltif olunub.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı
.jpeg)
