Türkiyəli basketbolçu NBA tarixində rekorda imza atıb
06 mart 2024 845
Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Hyustun Rokets”in oyunçusu Alperen Şəngün tarixi rekorda imza atıb. O, NBA tarixində bir matçda 45 xal toplayan ilk türkiyəli basketbolçu olub.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı basketbolçu buna “Hyustun Rokets” in “San-Antoniyo Spörs”ə 114-101 hesablı qalib gəldikləri oyunda nail olub. A.Şəngün bu matçda 45 xal, 16 ribaund və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Alperen Şəngün sabiq basketbolçu Mehmet Okurun (43 xal) rekordunu qırıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı