Trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib
22 oktyabr 2023 1212
Oktyabrın 21-22-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib. Respublika Velotrekində baş tutan yarışda 2006-cı il və daha böyük (15 nəfər), 2007-2009-cu il (52 nəfər), 2010-2011-ci il (24 nəfər) təvəllüdlü oğlanlar, həmçinin bütün yaş kateqoriyalarında qadınlar (11 nəfər) iştirak ediblər.
Turnirin birinci günündə idmançılar QİT-200 m, ikinci günündə isə 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar QİT-1000 m, digər bütün velosipedçilər QİT-500 m növündə mübarizə aparıblar.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın nəticələrinə görə, QİT-200 m növü üzrə 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar arasında Nofəl Nuriyev (ROEQİUGVM, 11.94), 2007-2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Ravi Rzayev (ROEQİUGVM, 12.39), 2010-2011-ci il təvəllüdlü oğlanların yarışında Ümid İsmayılov (ROEQİUGVM, 14.77), qadınlar arasında isə Lalə Əbdürəhmanova (ROEQİUGVM, 15.15) ən yaxşı göstəricilərə imza ataraq birinci yerə layiq görülüblər.
QİT-500 m növü üzrə 2007-2009-cu il təvəllüdlü oğlanların mübarizəsində yenidən Ravi Rzayev (ROEQİUGVM, 38.13), 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Mirzə Qəmbərov (ROEQİUGVM, 45.00), qadınların yarışında isə İradə Əbdürəhmanova (Təhsil RİM, 45.34) bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
QİT-1000 m növündə mübarizə aparan 2006-cı il təvəllüdlü və daha böyük oğlanlar arasında isə Tural İsrafilov (ROEQİUGVM, 1.14.91) birincilik sevinci yaşayıb.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı