Tokio Yay Olimpiya Oyunlarının və Paralimpiya Oyunlarının dəqiq tarixi açıqlandı
30 mart 2020 1177
Tokio Yay Olimpiya Oyunlarının açılış mərasimi 23 iyul 2021 ildə keçiriləcək, Paralimpiya oyunları isə 24 avqustda başlayacaq. Bu (30.03.2020) Tokioda təşkil edilən mətbuat konfransında rəsmi olaraq “Tokio-2020” Təşkilat Komitəsinin rəhbəri Yoshiro Mori tərəfindən açıqlandı.
Olimpiya oyunları 8 avqust, Paralimpiya oyunları isə 5 sentyabrda bitəcək. Yoshiro Morinin sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla telefon danışığından sonra bununla bağlı razılıq əldə olunub. “Yeni tarixlər təyin edərkən idmançıların hazırlığı, könüllülərin və tamaşaçıların rahatlığı ilə bağlı bir sıra məqamlardan çıxış etdik,” – Yoshiro Mori bildirib.






Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı





