Xəbərlər

Tokio 2020 Yay Olimpiya Oyunlarının maskotlarını təqdim etdi

28 fevral 2018 850

2042 ərizə qəbulu və 16,769 məktəb şagirdinin iştirakı ilə keçirilmiş səsvermədən sonra Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının maskotları təqdim edildi.

Fevralın 28-də Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi rəsmi olaraq qalib gəlmiş mascot layihələrini açıqladı. Qeyd etmək lazımdır ki, təqdimetmədən öncə maskotları Yaponiya ibtidai sinif şagirdləri və başqa ölkələrdə yerləşən Yapon məktəblərinin şagirdləri onlara təqdim edilmiş üç cüt maskot layihələrindən ən çox sevdiklərini seçməklə bu oyunların atributu müəyyənləşib.

Qalib gəlmiş mascotun müəllifi 43 yaşlı Fukuokalı qrafik dizayner Ryo Taniquçidir. Onun qəhrəmanları Olimpiya Oyunlarının atributu tünd göy rəngli və Paralimpiya Oyunlarının atributu çəhrayı rəngli maskotlardır. O, Tokio 2020-nin “yenilik harmoniyadadır” konsepsiyasının ənənəvi dəyərlərini futuristik görünüşlə birləşdirməyə çalışıb.

Uşaqlar həm qədim ənənəni, həm də yeniliyi təcəssüm edən iki maskotu seçiblər.

Maskot Seçim Qrupu tərəfindən yaxın gələcəkdə qalib gələn maskotların adları müəyyənləşəcək və 2018-ci ilin iyul-avqust aylarında rəsmi olaraq açıqlanacaqdır.