Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
26 aprel 2024 1079
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında mübarizə aparan yığma üzvlərinə dəstək olub.
27 yaşlı hücumçu qitə birinciliyində çıxış edən cüdoçuların yarışlarını izləyib. O, həmçinin komandanın lideri Hidayət Heydərovla görüşüb.
“Dinamo”nun forvardı Zaqreb klubunda geyindiyi formanı üçqat Avropa çempionuna hədiyyə edib.
Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı