Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
25 aprel 2024 1737
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.
Yarışdan öncə rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” İdman Klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən ümumilikdə 71 idmançı qüvvəsini sınayır.
Yarışda qadın cütlükləri (uşaqlar 2008-2013; balacalar 2009-2018-ci il), kişi cütlükləri (böyüklər 2009-cu il və daha böyük), qarışıq cütlüklər (böyüklər 2009-cu il və daha böyük), qadın qrupları (uşaqlar 2008-2013; yeniyetmələr 2006-2012; gənclər 2005-2010; böyüklər 2009-cu il və daha böyük) və kişi qrupları (yeniyetmələr 2006-2012; böyüklər 2009-cu il və daha böyük) balans, temp və qarışıq hərəkətlər proqramında medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatına aprelin 26-da yekun vurulacaq.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı





