Tokio-2020: Lisenziyalar ləğv olunmayacaq
28 mart 2020 1158
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar yarışda iştirak hüququnu qoruyacaqlar.
Nüfuzlu www.insidethegames.biz bu haqda xəbər yayıb.
Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalarla məsləhətləşmələrdən sonra qərara alıb ki, təxirə salınan Yay Olimpiya Oyunlarına əldə olunan lisenziyalar ləğv olunmasın.
Beləliklə, Yaponiyada iştirak üçün vəsiqə qazanmış atletlər gələn il baş tutacaq yarışa qatılacaqlar və 2021-ci ildə təşkil keçiriləcək Oyunlar üçün yenidən təsnifat xarakterli turnirlərdə çıxış etməli olmayacaqlar.
Tokio -2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi isə təxirə salınan yarışın yeni tarixi ilə bağlı müzakirələrini davam etdirir.
Təşkilat Komitəsinin sədri Yosiro Mori bildirib ki,oyunların yayda keçirilməsi məqsədə uyğun olar. 2021-ci il iyundan sentyabra qədər olan müddət barədə düşünməyin daha yaxşı olduğunu deyən Mori, gələn həftə bununla bağlı qərar qəbul ediləcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.



Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı


