Xəbərlər

“Tbilisi 2015” – Yeniyetmələr arasında Avropa Olimpiya Festivalının Bağlanış Məsrasimi baş tutdu

02 avqust 2015 467

26 İyul 1 Avqust tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 13-cü Avropa Gəncləri Olimpiya Festivalı başa çatdı. Bu münasibət ilə son yarış günündə Bağlanış Mərasimi keçirildi.

Bağlanış mərasimi 50 avropa ölkəsinin bayraqlarının meydana gətirilməsi ilə başladı. Daha sonra isə stadionun mərkəzinə gətirilən Gürcüstan respublikasının bayrağı himn sədaları ilə izləndi.

Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri Irakli Qaribaşvili, “Tbilisi-2015”-in Təşkilat Komitəsinin sədri Aleksi Axvlediani və Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Yanez Kotsiyançiç təşkilatçılara təşəkkür, medal qazanmış idmançıları isə təbrik etdilər.

Tbilisinin meri Davit Narmani, Avropa Olimpiya Komitəsinin bayrağını Macarıstanın Gyor şəhərində 2017-ci ilə keçiriləcək 14-cü Yeniyetmələr arasında Avropa Olimpiya Festivalının təmsil edən cənab Devid Peketə otürərək növbəti oyunlarda uğur arzuladı.

Xatirladaq ki, 26 İyul 1 Avqust tarixlərində baş tutan 13-cü Yeniyetmələr arasında Avropa Olimpiya Festivalında 50 Avropa ölkəsini təmsil edən 2500 gənc atlet, 2000 qonaq və 1500 könüllü iştirak edibki onlarda 35-I Azərbaycanlıdır.

Azərbaycanı Olimpiya Festivalında təmsil edən Milli Yığma Komanda 35 nəfər idmançıdan ibarətdir ki, onlardan 10-u yüngül atletika, 4-ü tennis, 5-i üzgüçülük, 1-i bədii gimnastika, 3-ü velosiped və 12-si cüdo idman növlərində mübarizə aparıblar. 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan həmyerlilərimiz Azərbaycanı reytinq cədvəlində 22-ci pilləyə yüksəltdilər.