Tarixi Nailiyyət: cüdo üzrə ilk qadın Dünya çempionu
24 avqust 2023 1463
Avqustun 24-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında cüdo üzrə Dünya çempionatının ikinci günündə Azərbaycan cüdoçuları müstəsna məharət və əzmkarlıq nümayiş etdiriblər. Komanda 1 qızıl və 2 gümüş medal qazanaraq, beynəlxalq arenada əlamətdar nailiyyətlərlə yadda qalıb.
Qızlar arasında -52 kq. çəkidə mübarizə aparan Xədicə Qədəşova gərgin final görüşündə Fransa təmsilçisi Alisya Pulancı məğlub edərək Azərbaycan cüdo tarixinin ilk qadın Dünya çempionu olub.
Oğlanlar arasında -60 kq. çəkidə Məhəmməd Musayev finalda israilli cüdoçu İsaq Aşpizlə üz-üzə gəlib. Görüşün nəticəsində Məhəmməd çempionatın gümüş medalını əldə edib.
-66 kq. çəkidə Əbil Yusubov isə final görüşündə polşalı cüdoçu Simon Sulik ilə qarşılaşıb. Görüşün nəticəsində Əbil gümüş medal qazanaraq komandamızın aktivinə 6-cı medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları çempionatın ilk günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. İki günün nəticəsinə görə cüdoçularımız oğlanlar arasında 4 çəki dərəcəsinin hər birində medal əldə ediblər.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı


