Stolüstü tennisçilər daha bir mükafat qazanıblar
28 sentyabr 2025 - 12:23 592
Stolüstü tennisçilər Yağmur Məmmədli ilə Aylin Əsgərova III MDB Oyunlarının bürunc mükafatına layiq görülüblər.
Bu gün kecirilən qoşa yarışların yarımfinalında Belarusun Yana Zadsko-Sofiya Beliasava tandeminə 1-3 hesabı ilə uduzan idmançılar üçüncü yeri tutublar.
Oğlanların qoşa yarışlarının yarımfinalında belaruslu İvan Zaytsau-Aleksey Rabuşka cütu üzərində 3-0 hesablı qələbə qazanan Adil Əhmədzadə ilə Onur Quluzadə isə finala yüksəlib.
İdmançılarımız bu gün saat 18:00-da keçiriləcək həlledici görüşdə rusiyalı Yevgeni Vasikov Yevgeni Dosov cütü ilə qarşılaşacaqlar.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı