Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
07 oktyabr 2023 261
Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı başa çatıb. Oktyabrın 4-də “Şüa İdman Kompleksi”ndə start verilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstəriblər. Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyənləşib:
Komanda yarışları:
Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt – 2; Bakı -2
Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1; Sumqayıt
Şəxsi yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova
2) Məryəm İmanova
3) Mərziyyə Nurmətova; Aylin Əsgərova
Kişilər:
1) Hilal Həsənov
2) Nihad Məmmədov
3) Vəzir Allahverdiyev; Adil Əhmədzadə
Qoşa yarışlar:
Qadınlar:
1) Ləman Abdulhəmidova – Zemfira Mikayılova
2) Aylin Əsgərova – Mərziyyə Nurmətova
3) Billurə Eminova – Məryəm İmanova; Rüfət Əliyeva – Xədicə Əbilzadə
Kişilər:
1) Hilal Həsənov – Onur Quluzadə
2) Vəzir Allahverdiyev – Nihad Məmmədov
3) Xəyal Həşimli – Əliverdi Şahgəldiyev; Adil Əhmədzadə - Rüstəm Hacılı
Qarışıq qoşa:
1) Əliverdi Şahgəldiyev – Məryəm İmanova
2) Adil Əhmədzadə - Mərziyyə Nurmətova
3) Rüstəm Əliyev – Xədicə Əbilzadə; Nihad Məmmədov - Ləman Abdulhəmidova
Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda fəxri kürsüyə qalxan idmançılara AGİN-in medal və diplomları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı