Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb
07 aprel 2022 1149
Qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 11 turdan 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb. Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı