Skopye-2025-in bağlanış mərasimindəki bayraqdarlarımız bəlli oldu
26 iyul 2025 - 00:23 458
Şimali Makedoniyanın paytaxtı Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində təşkil olunan XVIII Avropa Gənclər Olimpiya Festivalı yekunlaşmaq üzrədir.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, Azərbaycan yığması 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla uğurlu çıxışını davam etdirir. Yarışların son günündə komandamız cüdo üzrə qarışıq komanda yarışlarında da mübarizə aparacaq.
Sabah həmçinin Bakı vaxtı ilə saat 22:30-da Skopye-2025-in bağlanış mərasimi keçiriləcək.
Mərasimdə Azərbaycan komandasının bayraqdarları atletika üzrə 110 metr məsafəyə sədlərlə qaçış üzrə U-18 Azərbaycan rekordçusu Əmir İsmayılov və cüdo üzrə -44 kq çəki dərəcəsində Skopye-2025-in qızıl medalçısı Gülşən Hüseynova olacaq.
Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarları yeniyetmələr arasında Avropa çempionu, üçqat Avropa Kubokunun qalibi, cüdoçu Zeyd Ələsgərov və taekvondo üzrə ikiqat Türkiyə açıq birinciliyinin qalibi Humay Dadaşova olmuşdu.
Zeyd Ələsgərov həmçinin EYOF-2025-in cüdo yarışlarında -60 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun ... Ətraflı