Xəbərlər

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib

09 sentyabr 2022 491

Tədbirdə İƏT-in dördüncü konfransının sədri qismində iştirak edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin konfransa sədrliyi dövründə görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Fərid Qayıbov çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalı bu münasibətlə təbrik edib, Səudiyyə Ərəbistanı Krallığı İdman Nazirliyinin dəstəyi ilə bu təşkilatın yeni nailiyyətlər qazanacağına inandığını bildirib.

Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.