Səudiyyə Ərəbistanın ər-Riyad şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında Azərbaycan nümayəndə heyəti iştirak edir
18 noyabr 2017 671
18 – 22 noyabr 2017-ci il tarixində adı çəkilən təşkilatın İcraiyyə Komitəsinin iclası və Baş Assambleya keçirilir.
Təbdirdə İHİF-in sədri Zati-aliləri Turki bin Abdulmohsen Al-Alsheikh, baş katib Zati-aliləriYousef bir Ahmad Al-Othaimeen, vitse-prezident Hamad Kalkaba Malbaoum və icraiyyə üzvləri iştirak edəcəkdir. Azərbaycanı assambleyada Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq idarəsinin rəisi Mehman Kərimov təmsil edirlər.
Bu il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı 2017-2021-ci illər üzrə İHİF-in İcraiyyə Komitəsinin üzvləri seçiləcəkdir. Qeyd edək ki, Çingiz Huseynzadə artıq 3-cü dəfə İHİF-in İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilmişdir və növbəti, 6-cı İK-nin üzvü kimi seçilmək üçün öz namizədliyini irəli sürmüşdür.
Tədbir çərçivəsində adı çəkilən təşkilatın 2013-2017-ci illər üzrə məruzə çıxışları gözlənilir. Həmçinin, növbəti 2018 və 2019-cu illər üçün planlar və proqramlar müzakirə olunacaq. 2021-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının təqdimatı İHİF-in Baş Assambleyası çərçivəsində keçiriləcək. Bakı 2017 İslam Həmrəylik Oyunlarının təqdimatı və məruzə çıxışları ediləcəkdir.
Xatırladaq ki, növbəti İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaqdır.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı