Sərbəst güləşçilərimiz "Kazan-2021"də 7 medala sahib olublar
04 sentyabr 2021 1862
Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulub.
Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) təmsil edib.
Əşrəf Aşırov, Abubakr Abakarov və Osman Nurməhəmmədov çempion olub. İslam İlyasov və Aydın Əhmədov ikinci, Əliabbas Rzazadəylə Sabir Cəfərov isə üçüncü yeri tutub.
Beləliklə, millimiz yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı