Sərbəst güləşçilərdən AÇ-də daha 1 gümüş və 2 bürünc medal
19 aprel 2023 685
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
İkinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində ukraynalı Taras Markoviç uduzub - 4:5.
Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb - 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olub - 4:9. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşdə türkiyəli Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibinə minimal fərqlə (4:5) uduzub.
Abubakr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlib - 7:5. Abakarov 1/4 finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olub - 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov təsəlliverici görüşə çıxıb və latviyalı İvars Samusonoksdan güclü olub - 8:0. Abubakr bürünc medal uğrunda görüşdə slovakiyalı Boris Makoyevə 7:4 hesabıyla qalib gələrək Avropa 3-cüsü olub.
Osman Nurmaqomedov (92 kq) mübarizəyə 1/4 finaldan qoşulub və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlib - 10:0. Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırıb. Osman həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə gərgin keçən görüşdən 2:5 hesabıyla məğlub ayrılıb və Avropa çempionatını gümüş medalla başa vurub.
Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi "tuş"la üstələyib. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb - 1:3. Titullu rəqib finaladək irəliləyib. Meşvildişvili bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə güləşib və 7:4 hesablı qələbəylə Avropa üçüncüsü olub.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı

