Sərbəst güləşçilər Zaqrebdə daha 3 medal qazanıldı
02 fevral 2023 1285
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.
İkinci yarış günündə 5 güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıb. Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə edib.
Sərbəst güləş
92 kq
1/4 final: Osman Nurmaqomedov – Kollin Mur (ABŞ) 3:8
Bürünc medal görüşü: Osman Nurmaqomedov – Conatan Ayello (ABŞ) 13:2
97 kq
Təsnifat mərhələsi: Maqomedxan Maqomedov – Kayl Snayder (ABŞ) 4:7
Təsəlliverici görüş: Maqomedxan Maqomedov – Takaşi İşiquro (Yaponiya) 11:0
Bürünc medal görüşü: Maqomedxan Maqomedov – Radoslav Baran (Polşa) 11:4
125 kq
Təsnifat mərhələsi: Georgi Meşvildişvili – Robert Baran (Polşa) 7:0
1/4 final: Georgi Meşvildişvili – Hayden Zillmer (ABŞ) 5:4
1/2 final: Georgi Meşvildişvili – Georgi İvanov (Bolqarıstan) 14:2
Final: Georgi Meşvildişvili – Əmir Hüseyn Zare (İran) -:+ (Meşvildişvili zədələndiyi üçün güləşməyib)
Qadın güləşi
50 kq
Təsnifat mərhələsi: Türkan Nəsirova – Qabija Dilite (Litva) 6:0
1/8 final: Türkan Nəsirova – Otqonjarqal Dolqorjav (Monqolustan) 5:10
1/8 final: Mariya Stadnik – Aktenqe Keunimjayeva (Özbəkistan) 10:0
1/4 final: Mariya Stadnik – Otqonjarqal Dolqorjav (Monqolustan) 6:2
1/2 final: Mariya Stadnik – Yui Susaki (Yaponiya) -:+ (Stadnik zədələndiyi üçün güləşməyib)
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı
