Xəbərlər

Sentyabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev tikilməkdə olan Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə tanış olublar

24 sentyabr 2022 338

 Bundan əvvəlki baxış zamanı tövsiyə olunmuş məsələlərin icrası barədə məlumat verilib. Müzakirələr zamanı idman sarayının funksionallığının artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Gəncə şəhər stadionunun mövcud vəziyyəti ilə də tanışlıq olub. “Kəpəz” futbol klubunun direktoru İlqar Nadiri və baş məşqçisi Tərlan Əhmədov komandanın hazırkı şəraitdə məşq prosesi barədə məlumat veriblər.  Stadion ərazisində inşa edilən futbol akademiyasının tikintisi ilə bağlı müzakirələr aparılıb, köməkçi meydançalara baxış keçirilib. Gələcəkdə stadionda yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Fərid Qayıbov həmçinin Şəki Olimpiya İdman Kompleksində idman bölmələrinin fəaliyyəti ilə də tanış olub. Üzgüçülük, voleybol, gimnastika, karate, cüdo və güləş bölmələrində məşq prosesini izləyib, idmançılarla söhbət edib. Söhbət zamanı idman federasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsi, məşhur idmancıların regionlarda uşaq idmançılarla görüşlərinin təşkilinin önəmi də qeyd olunub.