Səbinə Əliyeva ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək
29 avqust 2023 1423
Avqustun 30-da Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançısı Səbinə Əliyeva Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək.
Bununla əlaqədar Səbinə Əliyeva və məşqçisi Vitaliy Novikov Heydər Əliyev adına Hava Limanından yola düşüblər.
Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı