Şahmatçılarımız Gimnaziadada iştirak edəcəklər
03 aprel 2025 651
Aprelin 4-dən 14-dək Serbiyanın Zlatibor şəhərində ISF U-15 Gimnaziada İdman Oyunları keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, oyunlar çərçivəsində keçirilən rapid və blits üzrə yarışda Azərbaycanın iki şahmatçısı - Paşam Əlizadə və Məryəm Ağaverdiyeva da mübarizə aparacaq.
Zəka sahiblərimiz səfərə məşqçi Nicat Məmmədovun rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, gimnaziadada şahmat üzrə rapid yarışları aprelin 6-8-i aralığında, blits oyunları isə aprelin 10-da keçiriləcək.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı