Şahmat millimiz yenidən dünya çempionatında
17 fevral 2022 1562
Cari il şahmat üzrə ən böyük yarışlardan biri İsraildə baş tutacaq. Beynəlxalq Şahmat Federasiyası (FİDE) 7-14 aprel tarixlərində İsraildə milli komandalar arasında dünya çempionatını təşkil edəcək.
Mötəbər yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq. Dünyanın qitələr üzrə ən güclü yığmaları kimi - Amerika Birləşmiş Ştatları, Hindistan, Misir, Rusiya komandaları dünya çempionatına dəvət olunub.
Yüksək reytinqə malik kişi şahmatçılardan ibarət Azərbaycan millisi də dünyanın ən güclü komandaları ilə birgə mötəbər yarışda iştirak edəcək. Qitədə yüksək reytinqə malik Azərbaycan Fransa, Ukrayna, Polşa və Macarıstan milli komandaları ilə birgə təşkilatçılar tərəfindən çempionata dəvət olunub.
İsrail millisi dünya çempionatına təşkilatçı ölkə kimi qoşulacaq.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı