"Sabah" basketbolçuları super seriyaya qələbə ilə başlayıblar
20 may 2023 1077
20 may "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının ilk oyunu baş tutub. Oyuna üstün başlayan "Gəncə" basketbolçuları bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər və ikinci hissədə geri dönüş edən paytaxt klubu "Sabah" yekunda 71-69 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyadakı hesabda 1-0 önə keçib. Final seriyasının ikinci oyunu 22 may saat 19:30-da baş tutacaq. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 12 xal, 12 ribaund), "Gəncə BK" ( Kollin Törner - 17 xal, 11 asist)
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı