Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır
18 iyun 2022 627
Qitə birinciliyinin başa çatmasına 1 gün qalmış ölkəmizin hesabına daha 5 medal yazılıb. Sərbəst güləşçilər 4 qızıl və 1 bürünc medal əldə edib.
Finalda Vasif Bağırov (48 kq) fransalı Rasul Qalburayevə (tuşe), Camal Abbasov (55 kq) ukraynalı İliya Şketikə (tuşe), İlyas İsayev (65 kq) gürcü Qoqa Otinaşviliyə (3:0), Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temelə (6:0), bürünc medal uğrunda görüşdə isə Şəmistan Axundov (80 kq) ukraynalı Pavlo Vaskovskiyə (5:4) qalib gəlib. Sabah sərbəst güləşçilər daha 5 medal qazana bilər.
Bu nəticələrdən sonra Azərbaycan 115 xalla komanda hesabında aşkar liderdir. Müqayisə üçün qeyd edək ki, 2-ci pillədə qərarlaşan Gürcüstanın cəmi 66 xalı var.
Bənzər xəbərlər
Avropa çempionatı: Bu gün daha üç cüdoçumuz mübarizəyə başlayır
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə böyüklər arasında ... Ətraflı
Taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Aprelin 26-da Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start ... Ətraflı