Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub
18 fevral 2024 890
Qitə birinciliyinin son üç günündə sərbəst güləş üzrə mübarizə baş tutub.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən on güləşçimizdən yeddisi fəxri kürsüyə qalxıb.
Bir gümüş və altı bürünc medal qazanan millimiz yüz iyirmi iki (122) xal toplayaraq, komanda hesabında Avropa üçüncüsü olub.
Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.
Xatırladaq ki, Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) bürünc medal qazanıb.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı