Rio 2016 Yay Olimpiya Oyunları dair mətbuat üçün yekun hesabatı və “Rio 2016 Birlikdə Güclüyük” təşviqat və təbliğat kompaniyasının mətbuat konfransı keçirildi
26 avqust 2016 491
Milli Olimpiya Komitəsinin inzibati binasında Rio de Janeyro şəhərində keçirilmiş 31-ci Yay Olimpiya Oyunlarına dair mətbuat üçün yekun hesabatı və “Rio 2016 Birlikdə Güclüyük” təşviqat və təbliğat kompaniyasının mətbuat konfransı keçirildi.
Tədbirdə MOK-nın vitse-prezidenti Çingiz Hüseynzadə, İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Cəmaləddin Rəhmanov iştirak etmişdir.
Çingiz Hüseynzadə: “1996-cı ildən bəri Milli Olimpiya Komitəsi və Azərbaycan yığması Olimpiya Oyunlarında iştirak edir. İlk dövrdə Namiq Abdullayev bir medal ilə nəticələnmişdirsə, indi Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc olmaqla ümumilikdə 18 medal əldə etmişdir. Milli Olimpiya Komitəsi belə mötəbər tədbirlərdə müxtəlif yeniliklər gətirməyə can atır. Bildiyiniz kimi, İlk Avropa Oyunları zamanı MOK-da Zəfər günləri keçirilib və artıq bu dəfə “Rio 2016 Birlikdə Güclüyük” təşviqat və təbliğat kompaniyasını təqdim etdik.
Sosial media vasitəsilə Rio Olimpiadasının, xüsusilə Azərbaycan Yığma Komandasının işıqlandırılması bizim əsas hədəflərimizdən idi. Məncə biz bu hədəfimizə çatmışıq. Qeyd etmək istərdim ki, təkcə “Facebook” sosial platforması üzərindən olan izləyicilərimizin sayı 5 milyondan çox idi. Həmçinin, Azərbaycan Dünya Olimpiya Komitələri arasında Azərbaycan ik onluqdadır və bu göstərici yalnız ölkəmizdə deyil, dünyada diqqət mərkəzində olduğunu göstərir.”
“Rio 2016 Birlikdə Güclüyük” təşviqat və təbliğat kompaniyasının video təqdimatı keçirildi. Sonda mətbuat nümayəndələrinin suallarına cavablandırıldı.
Bənzər xəbərlər
Avropa çempionatı: ilk yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa ... Ətraflı
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
Akrobatika gimnastikası üzrə 29-cu Azərbaycan birinciliyi və Bakı çempionatı start ... Ətraflı