Xəbərlər

Rio 2016: Rüstəm Orucov və ilk qələbə

09 avqust 2016 520

Avqust ayının 8-ci günü artıq ilk qələbəmizi qeyd edirik! Milli yığma komandamızın üzvü, idmançı Rüstəm Orucov gümüş medala yiyələnmişdir.

Musahibə:

– Cüdo yığma komandanın bütün üzvləri Olimpiya qabağı hazırlıq keçmişdilər. Ona görə də hər bir cüdoçumuz medal uğrunda əzmlə mübarizə ağarmağa hazır idi. Mən də bütün görüşlərimdə medal uğrunda öz qüvvəmi bütünlüklə sərf etdim. Belə demək mümkündürsə mənim üçün medal qazanmağım gözlənilən idi.

Rəqibini necə dəyərləndirirsən?

-Final yarışında rəqibimin Yaponiya atleti olacağını təxmin etmişdim və bu çəki kateqoriyası üzrə güclü olduğundan xəbərdar idim. Buna görədə görüşümdə həm ehtiyatla davranır, həm də qalib gəlməyə çalışırdım.

Qələbəni kimə həsr edirsən?

– Xalqımıza və ailəmə həsr edirəm.

Uğurlar Rüstəm!