Xəbərlər

“Rio 2016 Birlikdə Güclüyük” layihəsinin təqdimatı keçirildi

30 iyun 2016 452

30 iyun 2016-cı il tarixində Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasinda “Rio 2016 Yay Olimpiya Oyunları” haqqında son məlumatlar və “Rio 2016 Birlikdə Güclüyük” layihəsinin təqdimatı keçirildi.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Ağacan Abıyev, Gənclər və İdman Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəisi və Rio 2016 Yay Olimpiya Oyunları üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov iştirak etmişdir.

Çingiz Hüseynzadə: Bugünki tədbirimiz MOK-unBeynəlxalq Olimpiya Komitəsi tərəfindən edilmiş dəyişilikliklərin müvafiq federasiyalarına çatdırmaqdan ibarətdir. BOK-nin son sessiyanlarında “Agenda 2020” gündəliyi qəbul edilmişdir ki, burada Olimpiya brendinin idman federasiyalarına təqdim olunması əsas məsələlərdən biridir.”

Artıq 2015-ci ildən Olimpiya Oyunlarına hazırlıq prosesinin davam etdiyini qeyd edən İlham Mədətov, bu zaman ərzində Azərbaycan nümayəndə heyətinin akreditasiya olunması və formalarla bağlı son məlumatıları çatdırdı.

Martetinq departamentinin direktoru Mehman Kərimov «Olimpiya Gündəliyi-2020» haqqında ətraflı məlumat təqdim etdi. «Olimpiya Gündəliyi-2020» tövsiyyələrini həyata keçirməklə MOK-un marketinq fəaliyyətini və Beynəlxalq və Milli Olimpiya brendindən istifadəni gücləndirilməsi haqqında fmuxtəlif fikirlər səsləndirildi.

Nəzərinizə çatdıraq ki, “Olimpiya Gündəliyi-2020” 8 və 9 dekabr 2014-cü il tarixdə BOK-un Monakoda keçirilmiş 127-ci sessiyasında yekdilliklə təsdiq edilmişdir. Olimpiya 20+20 tövsiyyələr sənədi 2014-cü ilin sentyabr ayından fevraladək BOK müxtəlif təşkilatlar və şəxslərdən 40,000-dən artıq təklif qəbul edərək onları 1,200 ideyada qruplaşdırmışdır. 14 işçi qrup bütün təklif və ideyaları təhlil etdikdən sonra 20+20 TÖVSİYYƏ sənədi hazırlamışdır.