Respublika Spartakiadasının nərd yarışlarının qalibləri müəyyənləşdi
12 noyabr 2023 247
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadası davam edir.
10 idman növü (minifutbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, şahmat, dama, nərd və güllə atıcılığı) üzrə keçirilən spartakiadanın nərd yarışlarına yekun vurulub.
Aviasiya Akademiyasının idman komplesinde keçirilən yarışda 7 komanda mübarizə aparıb. Yarışların qalibi adını “Metropoliten İşçiləri” Həmkarlar İttifaqının komandası qazanıb. “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi ikinci, “Aviasiya İşçiləri” HKRK komandası isə üçüncü yeri tutub.
Spartakiadanın keçirilməsində əsas məqsəd “Zenit” BTİC İB-nin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların işçilərinin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaqdır.
“Zəhmətkeşlərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında keçirilən Spartakiada zəhmətkeşlərin bütün təbəqəsini əhatə edir. Respublika Spartakiadasına noyabrın 22-də yekun vurulacaq.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı