Respublika Şahmat Olimpiadasına start verildi
23 avqust 2022 1380
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya Kompleksində 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib.
Olimpiadada ölkənin bütün şəhər və rayonlarının eləcə də şahmat məktəbləri, şahmat klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak edir. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparır.
İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyır. Avqustun 31-də başa çatacaq yarışda ilk üç yeri tutacaq şahmatçılara diplom və medallar təqdim olunacaq.
16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasında baş hakimi Qüdrət İsmayılovdu.
Qeyd edək ki, yarış Azərbaycanda iştirakçı sayına görə ən kütləvi şahmat turniri hesab olunur.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
