Xəbərlər

Respublika çempionatı başa çatıb

15 fevral 2022 974

12-14 fevral tarixlərində Yeniyetmə və Gənclər arasında 22-ci Respublika birinciliyi keçirilib. 

     Bakı İdman Sarayında yarışda 14-15 yaşlı yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq, +70 kq çəkilərdə, qızlar -47 kq, -54 kq, +54 kq, 16-17 yaşlı gənclər arasında oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq, +76 kq çəkilərdə, qızlar -48 kq, -53 kq, -59 kq, +59 kq, 21 yaşadək gənclərdən oğlanlar -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq, qızlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində mübarizə aparıb. 12-13 yaşlı uşaqların 4-cü dəfə təşkil edilən birinciliyində oğlanlar -40 kq, -45 kq, -50 kq, -55 kq, +55kq, qızlar isə -42 kq, -47 kq, +47 kq çəki dərəcələrində döyüşüb. 

    Müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500 dən çox idmançının iştirak etdiyi Respublika birinciliyində Təhsil RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci pilləni tutub. 10 qızılı və 10 gümüş, həmçinin 13 bürünc medal qazanan Qara Qaplan klubu ikinci nəticə göstərib. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medala sahib olan Arpaçay və DİN İdman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüb.  

     Yeniyetmə və Gənclərin Respublika birinciliyində fərqlənən idmançılar İyunda Çexiyanın paytaxtı Praqada Avropa çempionatında iştirak etmək üçün təlim-məşqlərə qatılacaq.